EN

"Mənimlə it kimi rəftar edirdilər" - Osimhen "partladı"

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sabiq klubu "Napoli"nin onu sosial şəbəkə hesablarındakı videoçarxda kokos meyvəsi kimi təqdim etməsindən, bu uğursuz zarafatı çoxlarının təhqir saymasından danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" niferiyalı forvardın sözlərini belə çatdırıb:

"Baş verənlərə görə heç kim ictimaiyyət qarşısında üzr istəmədi. Şayiələr gəzirdi ki, guya məşqlərə gecikmişəm, komanda yoldaşlarımla mübahisə etmişəm... Bütün bunlar yalandır. Azarkeşlərə görə məyusam, amma onları anlayır və onlarla qürur duyuram. Həmişə klubu dəstəkləyirlər. Azarkeşlər üçün "Napoli" birinci yerdədir.

Mənimlə "Napoli" arasında centlmensayağı razılaşma var idi ki, gələn yaya klubu tərk edə bilərəm. Amma sözlərini tutmadılar. Onlar məni oynamaq üçün hara gəldi göndərmək istəyirdilər. Mənimlə it kimi rəftar edidilər: bura gəl, ora get, bunu et, onu et... Karyeramın inkişafı üçün o qədər çalışmışam ki... Belə münasibətlə barışa bilmədim. Mən Buratino deyiləm".

Xatırladaq ki, "Qalatasaray" ötən ilin yayında daha öncə icarə əsasında formasını geyinmiş Osimhenlə 4 illik müqavilə bağlayıb. Afrikalı futbolçu "Napoli"dən Super Liqa tarixinin ən yüksək məbləği qarşılığında - 75 milyon avroya transfer olunub.

Nihat

Chosen
60
1
fanat.az

2Sources