EN

"Nyukasl" Bakıya yola düşdü

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarında "Qarabağ"la qarşılaşacaq "Nyukasl Yunayted" klubu Azərbaycana yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

İngiltərə təmsilçisinin Bakı səfəri ilə bağlı klub maraqlı videoçarx da paylaşıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" qarşılaşması saat 21:45-də başlayacaq. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Chosen
36
moderator.az

1Sources