EN

Sadır Japarovun səlahiyyət müddəti 2027-ci ilin yanvarında başa çatacaq

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsi iclasının yekun qərarında deyilir.

Qərara əsasən, hazırkı dövlət başçısı altı illik səlahiyyət müddətini tam şəkildə başa vuracaq. Beş illik müddətlə bağlı müddəalar isə növbəti seçki dövrlərinə şamil ediləcək.

Qeyd olunub ki, növbÉ™ti prezident seçkilÉ™ri 2027-ci ilin yanvar ayının dördüncü bazar günü — 24 yanvar tarixindÉ™ keçirilmÉ™lidir.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov növbədənkənar seçkilərlə bağlı konstitusiya normalarının şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Chosen
42
3
moderator.az

4Sources