EN

Rusiyada namaz qılan miqrant barəsində SƏRT QƏRAR: CƏRİMƏ və DEPORTASİYA

Rusiyada ictimai yerdə namaz qılan miqrant ölkədən qovulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya məhkəmə instansiyalarının materialları və yerli KİV-lər məlumat yayıb.

Nijnevartovsk Rayon Məhkəməsi növbəli üsulla (vaxta metodu) çalışan əcnəbi mütəxəssis barəsində cərimə və Rusiyadan deportasiya qərarı çıxarıb.

Buna səbəb həmin şəxsin iş yerində və yaşayış sahəsində ictimai şəkildə dini ayinlər icra etməsi olub.

Məhkəmənin qərarında qeyd olunub: “Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 5-ci hissəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Ona 30 000 rubl (təxminən 663 manat) məbləğində inzibati cərimə tətbiq edilsin və Rusiya Federasiyasının hüdudlarından məcburi şəkildə çıxarılsın”.

İş materiallarına görə, miqrant “Yermakovskoye” müəssisəsinin ərazisindəki yataqxanada yaşayıb. O, burada hər gün beş vaxt namaz qılıb və otaq yoldaşlarına öz dini inancları barədə məlumatlar verib.

Namaz qılarkən otağın qapısını açıq saxlaması digər sakinlərin narazılığına səbəb olub. Nəticədə qonşular polisə şikayət ediblər və məsələ məhkəmə müstəvisinə çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
82
interpress.az

1Sources