EN

Sudanda dron hücumları nəticəsində 50-dən çox insan ölüb

Son bir neçə gündə Sudanın Kordofan və Sennar bölgələrində dron hücumlarında 50-dən çox insan həlak olub.

Ucnoqta.az xəbər verir ki, Dabanga radiostansiyasının məlumatına görə, Qərbi Kordofan əyalətinin El Sunut şəhərində məcburi köçkünlərin yaşadığı binaya zərbə endirilib.

Fevralın 16-da baş verən hücumda doqquz qadın və 12 uşaq da daxil olmaqla ən azı 26 nəfər həlak olub.

Fevralın 15-də Şimali Kordofanın Sodari şəhərindəki bazara dron hücumu nəticəsində ən azı 28 nəfər həlak olub, onlarla insan yaralanıb.

Yerli insan haqları təşkilatları ölənlərin sayının daha çox olduğunu bildirir lər.

Chosen
51
ucnoqta.az

1Sources