PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki ilk qarşılaşması çərçivəsində rəqib meydanında "Monako" ilə qarşılaşacaq.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, parislilər bu görüşə heyətindəki əhəmiyyətli itkilərlə yollanır.
Komandanın aparıcı üzvlərindən olan Usman Dembele klubuna kömək edə bilməyəcək. Buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır.
Həmçinin PSJ-nin yarımmüdafiəçiləri Fabian Ruis və Senni Mayulu da sağlamlıqlarında yaranan problemlər səbəbindən oyunda iştirak etməyəcəklər.
Qeyd edək ki, "Monako" - PSJ qarşılaşıması bu gecəyarısı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Cebheinfo.az"