EN

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 1,006 milyard ABŞ dolları dəyərində 463,2 min ton yük daşınıb.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,4 milyon ABŞ dolları və ya 4,2% çox, həcm ifadəsində isə 21,6 min ton və ya 4,4% azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 193,2 milyon ABŞ dolları dəyərində təqribən 184,9 min ton yük ixrac olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 34,2 milyon ABŞ dolları və ya 21,5% çox, həcm ifadəsində isə 12,6 min ton və ya 6,3% azdır.

Bu ilin yanvar ayında Azərbaycana avtomobil nəqliyyatı ilə 812,7 milyon ABŞ dolları dəyərində 278,3 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 milyon ABŞ dolları və ya 0,8% çox, həcm ifadəsində isə 9,051 min ton və ya 3,1% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6 milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton və ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində 762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Chosen
19
7
day.az

8Sources