Ağdam şəhərinin 2-ci yaşayış kompleksinin 6-cı məhəlləsinə sakinlərin qayıdışı təmin edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə şəhərə 119 ailə, ümumilikdə 417 nəfər keçmiş məcburi köçkün qayıdıb.
Bununla da Ağdam şəhərində məskunlaşan ailələrin sayı 222-yə, sakinlərin sayı isə 820 nəfərə çatıb.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayışın bərpası mərhələli şəkildə davam etdirilir.
***
13:56
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Ağdam şəhərinə 120 ailə (419 nəfər) köçürülüb.
***
06.28
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 120 ailə (419 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.