AZ

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub

Ağdan şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

BAKU.WS xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Ağdam şəhərinə köçən 419 nəfərdən ibarət 120 ailəyə mənzillərin açarları təqdim edilib.

***14:01

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

BAKU.WS xəbər verir ki, bu mərhələdə şəhərə 419 nəfərdən ibarət 120 ailə köçürülüb.

***08:09

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

BAKU.WS xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
39
5
far.az

10Mənbələr