EN

Luis Enrike PSJ ni İspaniya nəhənginə dəyişmək üzrədir Şərtləri də açıqlandı

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

PSJ-nin baş məşqçisi Luis Enrike cari mövsümün sonunda Paris klubundan ayrılaraq İspaniya nəhənginə rəhbərlik edə bilər.

Fanat.Az xəbər verir ki, "Topskills Sports UK" yayıb.

Məlumata görə, Enrike "Real Madrid"in "sükanı arxası"na keçmək variantına isti yanaşır. Mənbə hələ Fransa təmsilçisi ilə müqavilə yeniləməyən mütəxəssisin "kral klubu"nda transferlər və texniki heyətlə bağlı digər qərarlara şəxsən nəzarət etmək istədiyini vurğulayıb. Yazılanlara inansaq, "Real"ın prezidenti Florentino Peres onun tələbi ilə razılaşacağı təqdirdə, sözügedən çalışdırıcı iş yerini dəyişmək fikrini qətiləşdirəcək.

Enrike 2014-2017-ci illər aralığında "Barselona"nın baş məşqçisi olub. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki dəfə İspaniya çempionluğunu, üç dəfə İspaniya Kubokunu və bir dəfə İspaniya Superkubokunu qazanıb.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
fanat.az

2Sources