EN

Kremlin jurnalı Avropaya nüvə hücumuna çağırdı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Redaksiya heyətinə Sergey Lavrov və Yuri Uşakovun da daxil olduğu “Rusiya qlobal işlərdə” jurnalı rusiyalı politoloq Sergey Karaqanovun Avropadakı nəzarət mərkəzlərinə, elitaların toplanma yerlərinə zərbələr endirilməsinə, o cümlədən nüvə silahlarından istifadəyə çağıran köşə yazısını dərc edib.

Axar.az xəbər verir ki, köşə yazısı Rusiya, Ukrayna və ABŞ arasında İsveçrədə keçirilən danışıqlar raundundan əvvəl nəşr olunub.

“Avropa problemi yalnız güclü və hətta nüvə ssenarisinə hazırlıq nümayiş etdirməklə həll edilə bilər”, - o bildirib.

Karaqanov öncə Avropa ölkələrinin infrastrukturuna və bazalarına qeyri-nüvə zərbələri endirməyi, bu təsirsiz olarsa, məhdud, lakin kütləvi nüvə zərbələrinə hazır olmağı təklif edib.

O, həmçinin Fransa və Böyük Britaniyanın nüvə silahına çıxışının məhdudlaşdırılmasının lehinə çıxış edib:

“Qərbin Rusiya ilə müharibəsinin hazırkı mərhələsi sona yaxınlaşa bilər. Müharibənin bu mərhələsi lazım olduğundan daha uzun sürdü”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
axar.az

1Sources