Bakı. Trend:
Yanvar ayında Azərbaycandan Almaniyaya 43,2 milyon ABŞ dollarıdəyərində 91,3 min ton bitumlu süxurlardan əldə edilən neft və neftməhsulları ixrac olunub.
Trend-inAzərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumatagörə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü iləmüqayisədə 180,1 milyon ABŞ dolları və ya 80,7 faiz az, həcmbaxımından isə 318,7 min ton və ya 77,7 faiz azdır.
Ötən ilin yanvar ayında Azərbaycandan Almaniyaya 223,2 milyonABŞ dolları dəyərində 410 min ton bitumlu süxurlardan əldə edilənneft və neft məhsulları ixrac edilmişdi
Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsullarıixrac etdiyi ölkələr arasında 3-cü yeri tutub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.