AZ

Ötən ay Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlandı

Yanvar ayında Azərbaycandan Almaniyaya 43,2 milyon ABŞ dolları dəyərində 91,3 min ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixrac olunub.

Kommersant.az-ın Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 180,1 milyon ABŞ dolları və ya 80,7 faiz az, həcm baxımından isə 318,7 min ton və ya 77,7 faiz azdır.

Ötən ilin yanvar ayında Azərbaycandan Almaniyaya 223,2 milyon ABŞ dolları dəyərində 410 min ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixrac edilmişdi

Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 3-cü yeri tutub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Seçilən
4
4
kommersant.az

5Mənbələr