Şahin Şıxlinski və Səfərovlara cəza istənildi
Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib.
aia.az APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib.
Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.
aia.az