ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsakhna Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində belə deyib. Nazir Estoniyada Rusiyanın fiziki və hüquqi şəxslərinin dondurulmuş aktivlərinin müsadirəsinə və sonradan Ukraynaya ötürülməsinə icazə verən qanunu xatırladıb. “Bu müəyyən çərçivədir, bizə fəaliyyət göstərməyə imkan verən sistemdir, lakin onun həyata keçirilməsi vaxt tələb edir. Əgər münaqişə başa çatarsa, dəyən ziyan Haaqada beynəlxalq məhkəmələrdə qeydə alınarsa, Ukrayna Rusiyaya qarşı iddia qaldırarsa və Moskva təzminat ödəməkdən boyun qaçırarsa, o zaman biz dondurulmuş aktivlərdən bu mexanizm vasitəsilə istifadə edə biləcəyik”, – Estoniya XİN-in rəhbəri vurğulayıb. Tsakhna Rusiya aktivlərinin tam müsadirə oluna biləcəyini də istisna etməyib. 2024-cü ilin yazında Estoniya ölkədəki dondurulmuş Rusiya aktivlərinin “vurulan zərər üçün qabaqcadan ödəniş” kimi Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib. Tallinn Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Estoniyada Rusiyanın təxminən 30 milyon avroluq vəsaitinin dondurulduğunu açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı beynəlxalq hüququ pozan “açıq-aşkar soyğunçuluq” adlandıraraq, belə təşəbbüslərə simmetrik cavab verəcəyini vəd edib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.