Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2025-ci ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 93,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 197,1 min ton xam neft və neft məhsulları ixrac olunub.Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 11,1 milyon dollar (10,6 faiz) azdır, həcm baxımından isə 12,6 min ton (6,8 faiz) çoxdur.Ötən ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 104,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 184,5 min ton neft və neft məhsulları ixrac olunub.Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal etmiş ölkələrin siyahısında ikinci yeri tutub.Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.