EN

AFFA-dan MÜHÜM MƏLUMAT gəldi - İcraiyyə Komitəsi…

İcraiyyə Komitəsi (İK) qarşıdakı 10 gün ərzində yığışacaq.

Bu barədə AFFA-dan saytımıza bildirilib.

Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, ali qərarverici orqanın üzvlərinə toplantının yaxın günlərdə keçiriləcəyinə dair xəbərdarlıq edilib.

Təqribən iki aylıq fasilədən sonra bir araya gələcək komitənin gündəliyinə 4-5 məsələ daxildir.

Bura aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə bağlı mövzu da daxildir.

Həmçinin qadın futboluna aid mövcud vəziyyətin müzakirəyə çıxarılması gözlənilir.

SPORTİNFO.AZ

Chosen
110
21
sportinfo.az

10Sources