
“İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib. Məlumata görə, 06.02.2026-cı il tarixində təcili tibbi yardım briqadası vasitəsilə mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-cı il tarixdə ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra olunub. Müəllim əvvəl Reanimasiya, daha sonra isə Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb. Həkimlərin bildirdiyinə görə, əməliyyat zamanı xəsarət alan şəxsin boyun nahiyəsindən 16 ədəd qırma (ov silahı qırıntısı) çıxarılıb.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.