EN

Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb

Bakı. Trend:

Tibb müəssisələrində havanın bakterioloji müayinəsi xəstəxanadaxili infeksiyaların qarşısını almaq, dezinfeksiya tədbirlərininvə havalamdırma sistemlərinin effektiv olduğunu,sanitariya-gigiyenik vəziyyəti qiymətləndirmək məqsədilə həyatakeçirilir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin mikrobioloqu Qumru Qaibova açıqlayıb.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzinin bakteriolojilaboratoriyasında müayinələr aspirasiya üsulu ilə aparılır:

“Müayinə üsulunun üstünlüyü dəqiqliyinin yüksək olmasıdır. Tibbmüəssisələrindən hava nümunəsini Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzinin bakteriolojilaboratoriyasının tibb personalı havasoran cihaz (Aspirator)vasitəsilə götürür. İçərisində mühit olan petri kasası hava cihazındaxilinə yerləşdirilir və müəyyən həcmdə hava (100-500 l) qidamühitindən keçirilir. Havada olan mikroorqanizmlər qida mühitininüzərinə hopur. Götürülmüş hava nümunəsi Səhiyyə NazirliyiRespublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakteriolojilaboratoriyasına gətirilərək, termostatda inkubasiya olunur. Əmələgələn kolonyalar sayılır və 1 kub metr havaya görə hesablanır.Alınan nəticə sanitariya normalara uyğun olmalıdır”.

K.Misirzadə qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyenavə Epidemiologiya Mərkəzinin tabeliyində olan ərazi RespublikaGigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən plan üzrə tibbmüəssisələrdən götürülmüş hava nümunələrinin bakterioloji müayinəsizamanı çirklənmə aşkar edilərsə, müəssisə rəhbərinə xəbərdarlıqedilir:

“Nöqsanların aradan qaldırılması üçün təkliflər verilir. Butəkliflərin icrasına nəzarət məqsədilə təkrar laborator müayinələraparılır”.

Chosen
23
4
az.trend.az

5Sources