Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu gün Cenevrədə Ukrayna ilə bağlı danışıqlarla bağlı heç bir xəbər gözlənilmir.
Redaktor.az bu haqda TASS-a istinadla məlumat verir.
Peskov qeyd edib ki, işin davamı sabah nəzərdə tutulur.
O əlavə edib ki, üçtərəfli danışıqlar mətbuata bağlı rejimdə keçiriləcək. Kremlin gözləntilərinə görə, görüş növbəti iki saat ərzində başlayacaq.
Aytəkin TOFİQQIZI