EN

San Paulu derbisində qalmaqallı epizod

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

San Paulu derbisi qalmaqallı epizodla daha çox yadda qalıb. Hadisə Braziliyanın Paulista ştat çempionatında keçirilən “Korintians” – “Palmeyras” matçında (0:1) baş verib."Football-plus.az" xəbər verir ki, qonaqların yarımmüdafiəçisi Andreas Pereyra hiyləgər hərəkəti ilə komandasına kömək edib. O, “Korintians”ın oyunçusu Memfis Depay penalti zərbəsini yerinə yetirməyə hazırlaşarkən xəlvətcə 11 metrlik nöqtəni ayağı ilə qazaraq zədələyib. Nəticədə zərbə anında ayağı sürüşən niderlandlı hücumçu topu qapıdan yana vurub.Penaltidən yararlana bilməyən “Korintians” 84-cü dəqiqədə buraxdığı qolla minimal hesabla uduzub. Maraqlıdı ki, Andreas ilə Memfis vaxtilə “Mançester Yunayted”də komanda yoldaşı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources