EN

"Formula 1" komandasının baş konstruktoru istefa verib

"Formula 1" komandası "Red Bull"un baş konstruktoru Kreyq Skinner 20 ildən sonra istefa verib.

"Report"un "RacingNews365" nəşrinə istinadən məlumatına görə, mütəxəssis komandadan öz istəyi ilə ayrılıb.

K.Skinner 2006-cı ildən komandada müxtəlif vəzifələrdə çalışıb. O, hesablama hidrodinamikası üzrə mühəndis, qrup rəhbəri, aerodinamika şöbəsinin rəis müavini və baş dizayner vəzifələrini yerinə yetirib.

Mütəxəssis baş konstruktor postuna 2022-ci ildə təyin edilib. Əvvəllər "Cordan" və "Uilyams" komandalarında da fəaliyyət göstərib.

Qeyd edək ki, "Formula-1"də yeni mövsüm martın 6-da Avstraliyada start götürəcək.

"Cebheinfo.az"

Chosen
14
1
cebheinfo.az

3Sources