"Red Bull"un baş konstruktoru Kreyq Skinner vəzifəsindən ayrılıb.

Offsideplus.az "RacingNews365" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis bu qərarı öz istəyi ilə qəbul edib.

K. Skinner 2006-cı ildən etibarən komandada fərqli vəzifələr tutub. O, aerodinamika şöbəsinin rəis müavini, baş dizayner, qrup rəhbəri və hesablama hidrodinamikası üzrə mühəndis kimi fəaliyyət göstərib.

2022-ci ildə baş konstruktor vəzifəsinə gətirilən mütəxəssis, daha əvvəl "Uilyams" və "Cordan" komandalarında da çalışıb.

Qeyd edək ki, "Formula-1"də yeni mövsüm martın 6-da Avstraliyada start götürəcək.