EN

İtaliya Azərbaycandan neft idxalını artırıb

Bakı. TurkicWorld:

2026-cı ilin yanvar ayında Azərbaycandan İtaliyaya 861,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,848 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 71 milyon ABŞ dolları (7,6 faiz) azalıb, həcm baxımından isə 160 min tondan çox (9,5 faiz) artıb.

Ötən ilin yanvar ayında Azərbaycandan İtaliyaya 932,7 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,688 milyon ton neft və neft məhsulları ixrac olunub.

Hesabat dövrü ərzində İtaliya Azərbaycandan ən çox neft idxal edən öləkər sırasında birinci yer tutub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Chosen
13
3
turkic.world

2Sources