AZ

Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı artıb

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 93,7 milyonABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 197,1 minton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 11,1 milyon dollar (10,6 faiz) azdır, həcm baxımındanisə 12,6 min ton (6,8 faiz) çoxdur.

Ötən ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 104,8 milyonABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 184,5 minton neft və neft məhsulları ixrac olunub.

Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal etmişölkələrin siyahısında ikinci yeri tutub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məqalədə:
Seçilən
35
3
az.trend.az

2Mənbələr