EN

Füzulidə ölümlə nəticələnən avtoqəzanın TƏFƏRRÜATI və yaralıların SON DURUMU

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, avtoqəza ötən gün saat 17 radələrində Hacıqabul-Mincivan avtomobil yolunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Mübariz Famil oğlu Hacıyevin idarə etdiyi "QAZel" markalı yük avtomobili 1987-ci il təvəllüdlü Bakir Yunis oğlu Qardaşxanovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan 1981-ci il təvəllüdlü, Beyləqan rayonu sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində həyatını itirib. Qəza zamanı daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 16-da, saat 17:30-da Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan altı nəfər (dördü kişi, ikisi qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunublar:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Dörd nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb".

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
oxu.az

1Sources