EN

Sosial şəbəkədə gördüklərimizdən utanırıq

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə feysbuk hesabında yazıb. Aparıcı sosial şəbəkədlərdə yazılan qeyri-etik ifadələri tənqid edib:

"Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
2
axsam.az

3Sources