AzVision.az xəbər verilir ki, bu rəqəm amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin “Starlink” şəbəkəsinin bir hissəsi kimi yerləşdirdiyi peyklərin sayından (9646) 20 dəfə çoxdur. “Amazon” şirkətinin “Leo” qruplaşması isə kosmosa 3232 peyk göndərib.
“Bloomberg” nəşrinin icmalçısı Devid Fiklinqin fikrincə,Çinin planları Yerə yaxın kosmosa həqiqi ekspansiyadan daha çox bu yarışın lideri İlona Maskın qarşısını almaq cəhdidir.
Bununla belə, “SatNews” profil portalının daha əvvəl yazdığına görə, Çinin bu sayda peyk buraxmaq üçün müraciət etməsi Mask və digər meqa qrupların yaradıcıları üçün“tənzimləyici maneələr”yaratmaq niyyətindən xəbər verir. Məsələ ondadır ki, BTİ peyklər üçün ayrılmış yerləri faktiki mövcud qurğular hesab edir.
“Çinin “kağız üzərindəki” peyklərinin “fantom müdaxiləsindən” qaçmaq üçün Qərb mühəndisləri real avadanlıq hazırlamağa məcburdurlar. Bu isə Amerika şəbəkələrinin gücünü və məhsuldarlığını, hətta orbitə buraxılmazdan əvvəl, məhdudlaşdırır”,– materialda vurğulanır.
Məqalə müəlliflərinin iddiasına görə, Çinin əslində 2030-cu illərin əvvəlinə qədər orbitə 203 min peyk çıxarmasına ehtiyac yoxdur. Peyklərin buraxılmaması halında isə yeganə cəza ehtiyatda saxlanılan “yerlər”in itirilməsi olacaq.
Materialda xatırladılır ki, 2020-ci ildən bəri orbital peyklərin sayı dörd dəfə artaraq 16 mini ötüb. Təkcə “SpaceX” hər il 2 mindən çox peyk buraxır. Ötən il “Nature” jurnalında dərc edilən araşdırmada Yerdən təxminən 600 kilometr yüksəklikdə yalnız 148 min obyekt üçün yer ola biləcəyi təxmin olunur.
Bu göstəricinin aşılması nəticəsindəKessler sindromu— bir orbital aparatın məhvindən sonra baş verən nəzarətsiz zəncirvari reaksiya nəticəsində zibil buludunun yaranması və bunun da, öz növbəsində, Yer təhlükəli asteroid zibil kəməri ilə əhatə olunana qədər digər peykləri məhv etməsi— meydana gələ bilər.
Sahil İsgəndərov
AzVision.az