EN

Krasnodar diyarında PUA hücumundan sonra neft anbarında yanğın olub

Temryuk rayonunun Volna kəndindi yaxınlığında pilotsuz təyyarənin hücumu nəticəsində neft anbarın da yanğın olub.

Herbiand.az xəbər verir ki, Krasnodar diyarı fövqəladə hallar üzrə qərargahının məlumatına görə, yanğın 1200 kvadrat metr ərazini əhatə edib.

Xəsarət alan olmayıb. Yanğınsöndürmə işlərinə təcili yardım işçiləri də daxil olmaqla 67 nəfər və 19 texnika cəlb olunub.

Rusiya mediasının yazdığına görə, 17 fevral gecəsi Krasnodar diyarı üzərində 18 pilotsuz təyyarə vurulub. Daha sonra, Moskva vaxtı ilə səhər saat 7:00 ilə 9:00 arasında bölgə üzərində daha üç pilotsuz təyyarə məhv edilib.

Chosen
70
herbiand.az

1Sources