ain.az, Dogru.az portalına istinadən məlumat verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan hökumət başçısı ilə münasibətlərinə son qoyduğunu açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Anna Hakobyan şəxsi Facebook səhifəsində paylaşım edib. O bildirib: “Əziz həmvətənlərim, sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım sona çatdı”.
Hakobyan eyni zamanda ictimaiyyəti şəxsi həyatlarına hörmətlə yanaşmağa və bu məsələdə təmkinli olmağa çağırıb.
Qərarın səbəbləri və digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Facebook platformasının sahibi olan Meta şirkətinin fəaliyyəti Rusiya Federasiyasında məhkəmə qərarı ilə qadağan edilib.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.