“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 22 yaşlı futbolçunun oyunundan və meydandakı fədakarlığından razıdır.
Klub rəhbərliyi də onun potensialını yüksək qiymətləndirir.
Bununla belə, yayda daxil olacaq təkliflərə baxılacağı bildirilir. Kataloniya təmsilçisinin heyətində yarımmüdafiəçilərin sayının çox olması mümkün satış ehtimalını artırır.
İspaniyalı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.