EN

“B2 bombardımançıları bölgəyə göndərilib” Tramp İranı hədələdi

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və İran rəsmilərinin İsveçrədə keçirilən ikinci tur görüşləri fonunda danışan ABŞ lideri Donald Tramp bildirib ki, Tehran razılaşma əldə etmək istəyir.

“Düşünürəm ki, onlar razılaşma etməməyin nəticələrini görmək istəmirlər. Məncə, razılaşma istəyirlər”, – deyə o vurğulayıb. 

ABŞ prezidenti danışıqları yaxından izlədiyini və prosesdə dolayı şəkildə iştirak edəcəyini qeyd edib. Tramp həmçinin İranın daha əvvəl razılaşma imkanı olduğu halda bundan istifadə etmədiyini xatırladaraq, bu səbəbdən ABŞ-nin B-2 bombardmançı təyyarələrini bölgəyə göndərmək məcburiyyətində qaldığını bildirib.

Tramp bu həftə Vaşinqtonda keçiriləcək Qəzza Sülh Şurasının iclasına da toxunub. Onun sözlərinə görə, tədbirdə bir sıra dünya liderləri iştirak edəcək və geniş maliyyə dəstəyi nəzərdə tutulur. ABŞ prezidenti Qəzza prosesi çərçivəsində BMT ilə əməkdaşlıq etdiklərini, lakin təşkilatın potensialını tam reallaşdıra bilmədiyini deyib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
azpolitika.info

1Sources