EN

“Torqovı”da yanğın başlayıb

“Torqovı”da
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Torqovı" ərazisində binada yanğın başlayıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Chosen
24
11
1news.az

10Sources