Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Torqovı" ərazisində binada yanğın başlayıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.