EN

Dünən Göygöldə şagirdlərin kütləvi zəhərlənməsi araşdırılır - AQTA

Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib, dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozu qoyulub:

"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. İctimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb".

Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbindən isə sorğuya cavab olaraq dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss etdiyi, dərhal xəstəxanaya çatdırıldıqları bildirilib:

"Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
2
olaylar.az

7Sources