EN

Füzulidə yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. 4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Chosen
21
3
ikisahil.az

10Sources