EN

Qəzada yaralananlardan biri Bakıya göndərildi - YENİLƏNİB

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, rayonun Kərimbəyli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər - Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Füzuli Rayon Mərkəzi Xəstəxanası hadisə barədə məlumat yayıb. Bildirilib ki, fevralın 16-sı saat 17:30 radələrində baş verən yol qəzası səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb.

"Cebheinfo.az"

Chosen
19
4
cebheinfo.az

10Sources