EN

"Müğənni Səbinə ərimi bizdən ayırıb, balalarım başsız qalıblar"

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu Tarixin bir günü verilişinin canlı efirində diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Publika.az Milli.Az-a istinadən xəbər verir ki, Gürcüstandan naməlum nömrə ilə bir qadın ona zəng edərək ailəsinin dağıldığını iddia edib. Aparıcının sözlərinə görə, zəng edən şəxs həyat yoldaşının müğənni Səbinə Səlcan tərəfindən ailədən uzaqlaşdırıldığını deyib və kömək istəyib. Tolik eyni məzmunlu zəngin müğənni Zenfira İbrahimovaya da edildiyini vurğulayıb.

Aparıcı efirdə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgilədiyini bildirib:

"Xanıma dedim ki, bu barədə açıq danışsam, məni məhkəməyə verə bilərlər. Mən məsuliyyət daşıyıram", - deyə o qeyd edib. Onun sözlərinə görə, zəng edən qadın canlı efirə qoşulmaq istədiyini də bildirib.

Tolik çıxışı zamanı bəzi müğənniləri də tənqid edib. O, efirə çıxan sənətçilərin şəxsi həyatları, ailələri barədə məlumatsız olduqlarını, lakin efirdə "namus-qeyrət dərsi" keçdiklərini iddia edib. Aparıcı həmçinin tamaşaçıların sənətçilərlə bağlı yanaşmasına da toxunaraq, açıq-saçıq geyim mövzusunda iradların ünvanının təkcə ifaçılar deyil, onları dəvət edən şəxslər olduğunu vurğulayıb.

Chosen
21
2
publika.az

3Sources