EN

Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

BAKI, 17 fevral. TELEQRAF

Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12000 manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Chosen
17
15
teleqraf.com

10Sources