AZ

Naxçıvanda işə düzəltmək vədi ilə 12 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda işə düzəltmək vədi ilə vətəndaşlara qarşı 12 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü "Tural" adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Seçilən
18
16
far.az

10Mənbələr