EN

Bu məktəbdə kütləvi zəhərlənmə - 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.

Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
41
19
redaktor.az

10Sources