Bizimyol saytına istinadən ain.az xəbər verir.
Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı-nın (KSQET) Texniki Katibliyinə nota göndərərək Qərb ölkələrinin Aleksey Navalnının guya epibatidin toksini ilə zəhərlənməsi ilə bağlı ünvanladığı bütün ittihamları qəti şəkildə rədd edib.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiyanın təşkilat yanındakı daimi nümayəndəsi Vladimir Tarabrin məlumat verib.
Onun sözlərinə görə, müvafiq nota KSQET-in Texniki Katibliyinə təqdim olunub və sənədin Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının (KSQEK) bütün iştirakçı dövlətləri arasında yayılması xahiş edilib.
“Ünvanımıza səsləndirilən əsassız və cəfəng insinuasiyaları qətiyyətlə rədd etdik. Eyni zamanda bildirdik ki, Rusiya faktlara əsaslanan, peşəkar və predmetli ekspert dialoquna hər zaman hazırdır”, – deyə Tarabrin vurğulayıb.
Diplomat xatırladıb ki, epibatidin də daxil olmaqla toksinlər KSQEK tərəfindən deyil, digər beynəlxalq sənəd – Bakterioloji (Bioloji) və Toksin Silahlarının Qadağan Edilməsi Konvensiyası ilə tənzimlənir. Bu səbəbdən də həmin maddələr KSQET çərçivəsində müzakirə predmeti ola bilməz.
Fevralın 14-də Almaniya, Böyük Britaniya, Niderland, İsveç və Fransa birgə bəyanat yayıblar. Bəyanatda iddia olunur ki, Navalnı Ekvador mənşəli ağac qurbağasının dərisindən əldə edilən epibatidin adlı zəhərlə zəhərlənib. Qeyd edilir ki, bu nəticə Navalnının biomaterial nümunələrinin təhlili əsasında çıxarılıb.
Həmin ölkələrin nümayəndələri bu iddialara əsaslanaraq Rusiyanı KSQEK-in tələblərini pozmaqda ittiham ediblər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.