EN

Tramp Kaliforniya qubernatorunu "əclaf" adlandırıb

ABŞ prezidenti Qevin Nyusomu uğursuz aadam dlandıraraq Londonu onunla əməkdaşlıqdan çəkindirməyə çalışıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatı ilə Böyük Britaniya arasında təmiz enerji sahəsində imzalanmış yeni razılaşmanı kəskin tənqid edib. O, demokrat qubernator Qevin Nyusomu məsuliyyətsizlikdə ittiham edərk onu "əclaf" adlandırıb və britaniyalı siyasətçiləri onunla tərəfdaşlıqdan çəkinməyə çağırıb.

Tramp Politico nəşrinə müsahibəsində bildirib ki, Böyük Britaniyanın onsuz da kifayət qədər problemi var və Kaliforniya qubernatoru ilə əməkdaşlıq etməsi yersizdir. Prezident Nyusomun soyadını təhrif edərək onu təhqiramiz formada səsləndirib və qubernatoru uğursuz siyasətçi kimi xarakterizə edib. Trampın sözlərinə görə, Kaliforniya onun rəhbərliyi dövründə tənəzzül yaşayır, ştatın ekoloji siyasəti isə fəlakətə çevrilib.

ABŞ prezidenti əlavə edib ki, Nyusomun xarici tərəfdaşlarla belə razılaşmalar imzalaması məqsədəuyğun deyil və Britaniya üçün də onunla iş görmək düzgün addım sayılmamalıdır.

Qeyd edək ki, Qevin Nyusom Londonda Böyük Britaniyanın energetika naziri Ed Milibənd ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Sənəd təmiz enerji texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Buraya dəniz külək enerjisi layihələri, Britaniya şirkətlərinin Kaliforniya bazarına çıxış imkanlarının genişləndirilməsi və Atlantikanın hər iki sahilində yerləşən elmi tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi daxildir. Tərəflər həmçinin yaşıl keçid prosesində innovasiya və investisiya axınının artırılmasını prioritet istiqamət kimi müəyyən ediblər.

Nyusomun komandası hesab edir ki, prezidentin sərt ritorikası əslində qubernatorun milli miqyasda əsas müxalif fiqur kimi mövqeyini gücləndirir. Qubernatorun müşavirlərindən biri yenə Politico nəşrinə bildirib ki, məsələ təkcə siyasi polemika ilə bağlı deyil. Onun sözlərinə görə, vacib olan məqam Trampın addımlarının normal siyasi praktikaya uyğun gəlmədiyini və bütün ABŞ cəmiyyətinin baxışlarını əks etdirmədiyini göstərməkdir. Müşavir vurğulayıb ki, prezidentin mövqeyi Amerika xalqının iradəsi kimi təqdim edilə bilməz.

Müşahidəçilərin fikrincə, tərəflər arasında yaranan gərginlik ABŞ-də daxili siyasi qarşıdurmanın beynəlxalq müstəviyə çıxmasının növbəti nümunəsidir. Eyni zamanda, bu hadisə iqlim siyasəti və enerji keçidi məsələlərinin ABŞ və Avropa arasında münasibətlərdə mühüm rol oynadığını bir daha nümayiş etdirir.

Poliqon.info

Chosen
98
42
poliqon.info

10Sources