Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238 milyard ABŞ dollarından çox olub.
Publika.az-ın Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununla yanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.
Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısı sırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7 milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyon ABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞ dollarından çox) gəlir.
Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və neft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.
| Ölkə |