AZ

Yanvar ayında Azərbaycandan ən çox neft idxal edən ölkələr bəlli oldu

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xamneft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238milyard ABŞ dollarından çox olub.

Trend-inAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumatagörə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununlayanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.

Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısısırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyonABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞdollarından çox) gəlir.

Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft vəneft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları)

İtaliya

1 847 915,54

861 652 230

Rumıniya

197 053,85

93 673 990

Portuqaliya

1 122 055,58

44 337 000

Almaniya

91 294 060

43 249 210

Xorvatiya

86 166 170

40 819 950

Çexiya

82 403,50

38 454 490

Bolqarıstan

78 494,85

37 415 050

Tunis

61 269,98

29 498 760

Türkiyə

41 761,71

19 543 440

İndoneziya

38 554,41

17 866 200

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünyabazarlarına üç boru kəməri vasitəsilə nəql olunur:Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). HazırdaBakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.

Məqalədə:
Seçilən
70
3
az.trend.az

4Mənbələr