
Pakistanın Xeybər-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı minalanmış avtomobillə törədilən hücumda 10 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Pakistanın Əfqanıstanla sərhədində yerləşən Xeybər-Paxtunxva əyalətinin Bacaur bölgəsində təhlükəsizlik qüvvələrinin olduğu nəzarət-buraxılış məntəqəsinə bomba yüklü nəqliyyat vasitəsi ilə hücum edilib. Partlayış nəticəsində 10 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hücumdan sonra nəzarət məntəqəsi dağılıb, bəzi təhlükəsizlik əməkdaşları dağıntılar altında qalıb.
Bölgədə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. Xeybər-Paxtunxva əyalətinin Baş naziri Sohayl Afridi verdiyi açıqlamada törədilən terror aktını kəskin şəkildə pisləyib.