EN

Belçikanın Mons şəhərində təbii qaz kəsintisi 12 min evə təsir edib

Belçikanın Mons şəhərində təbii qaz kəsintisi 12 min evə təsir edib

Belçikanın fransızdilli Valoniya bölgəsində yerləşən Mons şəhərində fevralın 11-dən başlayan təbii qaz kəsintisi nəticəsində indiyədək 12 min təsərrüfatın zərər çəkdiyi elan edilib.

Belçikanın fransızdilli ictimai televiziyası RTBF-nin xəbərinə görə, Monsun bəzi məhəllələrində ötən həftənin çərşənbə günü texniki nasazlıq səbəbindən başlayan təbii qaz kəsintisi hələ də davam edir. Kəsintidən indiyədək 12 min ev təsirlənsə də, rəsmi qurumlar artıq 2 min evə təbii qaz verilişinin bərpa olunduğunu açıqlayıblar.

Valoniya bölgəsinin 75%-dən çoxunun elektrik və təbii qaz paylanmasına məsul olan "Ores" şirkətinin sözçüsü Annabel Vanbever bildirişində qeyd edib ki, 11 fevraldakı kəsintidən sonra zərər çəkən 12 min evdə qaz sayğacları mənbəyə yenidən qoşula bilmək üçün bağlanıb.

Vanbever sayğacların bağlanmasından sonra şəbəkəyə təbii qaz verilişinin bərpa edildiyini, son addım olaraq isə qapadılan sayğacları yenidən açmağa başladıqlarını qeyd edib. Texniki heyətin evləri bir-bir gəzib sayğacları açmalı olduğunu deyən sözçü bu prosesin vaxt apara biləcəyini və tam bərpa üçün dəqiq tarix verə bilməyəcəklərini vurğulayıb.

Mons şəhərinin bələdiyyə sədri Nikolas Martin təbii qaz kəsintisi ilə əlaqədar bələdiyyəyə məxsus bəzi mərkəzlərin əhalinin çimmək və digər ehtiyacları üçün istifadəyə verildiyini bildirib. Martin həmçinin vətəndaşların isidici avadanlıqlar üçün müraciət edə biləcəklərini ifadə edib.

Chosen
128
afn.az

1Sources