EN

İdman zallarında “DRESS-KOD”: Açıq və şəffaf geyimlərə QADAĞA QOYULACAQ

Rusiyada idman zalları üçün “dress-kod” təklif edilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyada fitnes mərkəzləri və idman zalları üçün xüsusi geyim qaydalarının tətbiqi təklif olunub.

Yeni təşəbbüsə əsasən, idman zallarında açıq qarın, şəffaf losinlər və digər “utancverici” hesab olunan geyim elementlərindən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

Həddindən artıq açıq-saçıq geyimlərlə idman edən şəxslərin hətta “xırda xuliqanlıq” maddəsi ilə cərimələnməsi təklif olunur.

Hazırda bu məsələ sadəcə bir təşəbbüs olsa da, ictimaiyyət və aidiyyəti qurumlar arasında geniş müzakirələr artıq başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
interpress.az

1Sources