EN

Aİ deputatlarına süni intellektdən istifadə QADAĞAN EDİLDİ

Avropa Parlamenti deputatların planşetlərində süni intellekt funksiyalarını bloklayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.

Avropa Parlamenti təhlükəsizlik mülahizələrinə görə deputatların xidməti planşetlərində süni intellekt funksiyalarının istifadəsini məhdudlaşdırıb.

Məlumata görə, Avropa İttifaqı deputatları artıq xidməti cihazlarında bu texnologiyadan yararlana bilməyəcəklər.

Qərarın qəbul edilməsinə əsas səbəb kimi məlumat sızması riski və təhlükəsizliklə bağlı yarana biləcək problemlər göstərilir.

Ekspertlər hesab edirlər ki, süni intellekt alətlərinin istifadəsi zamanı parlamentin məxfi məlumatlarının kənar platformalara sızması ehtimalı olduqca yüksəkdir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
77
interpress.az

1Sources