EN

"Beşiktaş"da Altay Bayındır müjdəsi: MY qiyməti bəlli etdi

"Beşiktaş" rəhbərliyi qış transfer pəncərəsində heyətinə qata bilmədiyi türkiyəli qolkiper Altay Bayındır üçün yayda yenidən hərəkətə keçməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"də əsas heyətə daxil olmaqda çətinlik çəkən 27 yaşlı qapıçının yay transfer dövründə komandadan ayrılması artıq dəqiqləşib.

"Akşam" qəzetinin məlumatına görə, İngiltərə təmsilçisi bu keçid üçün təxminən 5-6 milyon avro civarında transfer haqqı məbləği tələb edir və danışıqlara açıq olduğunu bildirir.

Ersin Destanoğlunun mövsüm sonunda klubdan ayrılma ehtimalının yüksək olması səbəbindən "qara qartallar" qapı xəttini məhz Altayla gücləndirməyi planlaşdırır.

Chosen
34
1
fanat.az

2Sources